Home » Mikayıl Cabbarov: “Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir”

Mikayıl Cabbarov: “Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir”

by Zeyneb
0 comments 3 views 1 minutes read

Azərbaycan ilə ABŞ arasında ticarət əməkdaşlığı uzun illərdir ki, yüksələn dinamika ilə inkişaf edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 94 faiz artaraq 1,7 milyard ABŞ dolları təşkil edib. Bunun 1,6 milyard dolları ABŞ-dan idxalın, 135 milyon dolları isə ixracın payına düşüb.

Nazir qeyd edib ki, Azərbaycan ABŞ şirkətləri üçün investisiya cəlbediciliyini qorumaqdadır. Hazırda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti və ticarət sahələrində 300 ABŞ şirkəti qeydiyyata alınıb, onlardan 220-si aktiv fəaliyyət göstərir.

Mikayıl Cabbarovun sözlərinə görə, Vaşinqtonda keçirilmiş görüş iki ölkənin iqtisadi potensialının artırılması üçün yeni imkanlar yaradacaq.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.