Home » “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dekabrın 2-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

İclasda digər məsələlərlə yanaşı, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi (üçüncü oxunuş) də müzakirə edilib. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib,

İclasda iştirak edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qanun layihəsi barədə fikirlərini bölüşüb. Bildirib ki, layihədə mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədlərinin və istiqamətlərinin müəyyən edilməsi ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması və nəticədə cəmiyyət, biznes və dövlət arasında səmərəli əməkdaşlığın möhkəmləndirilməsi hədəf kimi müəyyən edilir. Qanunla əlverişli ekosistemin yaradılması, investisiya və innovasiyaların stimullaşdırılması, bazarlara çıxışa dəstək, ÜDM, məşğulluq, qeyri-neft sektorunda KOB-ların payının artırılması, KOB-lara yerində xidmət, onların satınalmalarda iştirakının stimullaşdırılması, optimal vergi siyasəti, prosedurların sadələşdirilməsi dövlət siyasətinin əsas məqsədləri kimi göstərilib. O, qanunun ölkədə sahibkarlığın inkışafına xidmət edəcəyini bildirib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.