Home » Milanda “CESI” şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə edilib

Milanda “CESI” şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə edilib

by anar
0 comment 2 views 2 minutes read

İtaliyaya səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov “CESI” şirkətində olub.  Şirkətin icraçı direktoru Nicola Melchiottinin rəhbərliyi ilə geniş tərkibli görüş keçirilib. Enerji, texnologiya və innovasiya üzrə dünyada aparıcı məsləhətçi şirkətlərdən olan “CESI”nin 70-dən çox ölkədə xidmətləri, enerji sahəsində ötürücü infrastrukturun planlaşdırılması və mühəndisliyi, şəbəkənin modernləşdirilməsi və bərpa olunan enerji istiqamətlərində fəaliyyətinə dair təqdimatlar edilib.

Görüşdə “Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması prosesinin gedişatına və bərpa olunan enerji güclərinin şəbəkəyə qoşulması üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. “Yaşıl enerji” bağlantılarının enerji təhlükəsizliyi və enerji keçidini geniş coğrafiyada təmin edən əhəmiyyətindən bəhs olunub. “Yaşıl enerji dəhliz”ləri təşəbbüsünün COP29-un Fəaliyyət Gündəliyinin prioritetlərindən biri kimi nəzərdən keçirildiyi qeyd olunub və COP çərçivəsində birgə tədbirin keçirilməsi razılaşdırılıb.

Nazir, həmçinin “CESI” şirkətinin laboratoriyasına da baş çəkib, burada elektrik komponentlərinin və sistemlərinin etibarlılığını, təhlükəsizliyini təmin etməyə yönəlmiş müxtəlif sınaq növlərinə baxış keçirilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.