Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Milli Məclis "Kraudfandinq haqqında" qanun layihəsini III oxunuşda qəbul edib - BBN

Milli Məclis “Kraudfandinq haqqında” qanun layihəsini III oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kraudfandinq haqqında” qanun layihəsi III oxunuşda qəbul olunub.

BBN.az xəbər verir ki, yeni qanun səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorlarının fəaliyyətinə dair tələbləri, həmçinin bu fəaliyyət üzərində dövlət tənzimlənməsi və nəzarəti məsələlərini müəyyən edir.

Qanunun əsas məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə startaplara, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə alternativ maliyyələşmə mənbələrinə çıxış imkanlarını genişləndirmək, eyni zamanda maliyyələşdirmə prosesində iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.

Sənədə əsasən, kraudfandinq fəaliyyəti Azərbaycan Konstitusiyası, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Mülki Məcəllə, eləcə də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunlar və digər normativ hüquqi aktlarla tənzimlənəcək.

Qanunun müddəaları dövlətin investisiya siyasətini həyata keçirmək məqsədilə yaradılmış dövlət hüquqi şəxslərinə və onların təsis etdiyi qurumlara şamil edilməyəcək.

Bununla yanaşı, Ələt Azad İqtisadi Zonasında kraudfandinqlə bağlı münasibətlər “Ələt Azad İqtisadi Zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənəcək.

Qanunun tələblərini pozan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

Yeni qanun rəsmi dərc edildiyi gündən altı ay sonra qüvvəyə minəcək.

Related posts

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununa dəyişiklik qəbul olunub

Milli Məclis startaplar və işçilərin səhmdarlığı ilə bağlı yeni dəyişiklikləri qəbul edib

Bəzi qanunlara kraudfandinq fəaliyyəti ilə əlaqədar dəyişikliklər III oxunuşda qəbul olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı