Home » Milli Məclis “Dövlət satınalmaları haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Milli Məclis “Dövlət satınalmaları haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

by anar
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Yeni qanun büdcə vəsaitlərindən istifadə zamanı ictimai nəzarətin artmasına, ölkədə biznes mühitinin əlverişliliyinə və rəqabətə davamlı iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək.

Milli Məclisin bu gün baş tutan növbədənkənar sessiyasının plenar iclasında “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. İclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri də iştirak edib.

İclasda Dövlət Xidmətinin nümayəndələri Milli Məclisin deputatlarının yeni qanun layihəsi barədə suallarını cavablandırıb, müvafiq izahatlar verilib.

Sonda  “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28.04.2016-cı il tarixli 888 nömrəli Fərmanına uyğun olaraq qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi 10 fəsil və 59 maddədən ibarətdir.

“Dövlət satınalmaları haqqında” yeni qanun büdcə vəsaitlərindən istifadə zamanı ictimai nəzarətin artmasına, ölkədə biznes mühitinin əlverişliliyinə və rəqabətə davamlı iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.