Home » Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair İşçi Qrupun ilk iclası keçirilib

Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair İşçi Qrupun ilk iclası keçirilib

by ulviyya
0 rəy 1 baxış 2 dəqiqə oxuma

“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası milli texniki reqlamentlərin qəbulu, texniki tənzimləmə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, bu istiqamətdə müasir laboratoriya şəbəkəsinin qurulması,  istehsal prosesi, keyfiyyətin qiymətləndirilməsi və xidmət sferasının təşkili baxımından faydalı olacaq.

İclasın keçirilməsində məqsəd sözügedən dövlət proqramından irəli gələn öhdəliklər və gözləntilər barədə iştirakçıların məlumatlandırılması və “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında öz əksini tapmış tapşırıqların icrasının təmin edilməsidir.

İclasda İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumların, həmçinin dövlət proqramının Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqların icraçısı olan digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

İclas zamanı ölkəmizdə texniki tənzimləmə sisteminin  qurulması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən görülmüş işlər, aidiyyəti dövlət qurumları tərəfindən milli texniki reqlamentlərin və istinad standartlarının hazırlanması ilə bağlı mövcud vəziyyət və gözləntilər ətrafında müzakirələr aparılıb. Texniki tənzimləmənin şamil olunduğu malların təhlükəsizlik parametrləri üzrə sınaqların aparılmasını təmin edən laboratoriyaların müəyyən edilməsi, diaqnostik qiymətləndirmələrin aparılması və nəticələrinə dair təkliflərin aidiyyəti üzrə təqdim olunması istiqamətində görülmüş işlər vurğulanıb.

Bildirilib ki, texniki tənzimləmənin şamil olunduğu malların idxalından əvvəl onların milli texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsi məqsədilə mexanizmin yaradılması və bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin tənzimlənməsi üçün bir sıra qabaqcıl ölkələrin tələbləri təhlil edilib.

Həmçinin qeyd olunub ki, ölkədə beynəlxalq tələblərə uyğun texniki tənzimləmə sisteminin yaradılması xarici ticarətdə texniki maneələrin aradan qaldırılmasına, ölkənin ixrac potensialının artırılmasına, istehlak bazarlarının təhlükəli mallardan qorunmasına və sağlam rəqabət mühitinin qurulmasına xidmət edəcək.

Bundan əlavə, texniki tənzimləmə və standartlaşdırma sahəsində yüksək texnologiyalar və innovativ həllərdən istifadə ilə şəffaflıq və operativliyin təmin edilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Tədbirlər Planında nəzərdə tutulan konkret tapşırıqların icrasının növbəti mərhələsinə dair İşçi qrupun iş planının hazırlanması qərara alınıb.

Qeyd: “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.