Home » Milyarder: “FED yüksək səslə deyə bilmir, amma həqiqətən də yüksək işsizlik səviyyəsi istəyir”

Milyarder: “FED yüksək səslə deyə bilmir, amma həqiqətən də yüksək işsizlik səviyyəsi istəyir”

by bbnadm
0 comments 0 views 1 minutes read

“Amerikanın Mərkəzi Bankının (FED) rəhbəri Jerome Powell gəlib deyə bilməz ki, “ümid edirəm ki, işsizlik səviyəsi 6% yüksəlsin. Bu siyasi cəhətdən cəlbedici səslənmir”.

BNN.az xəbər verir ki, bu sözləri milyarder, investor, “The Carlyle Group-CG”un rəhbəri David Rubenstein ötən həftə CNN Business nəşrinə deyib. 

“O, tam olaraq bunu demir ki, ölkədə işsizlik səviyyəsi 4%, yaxud 5%, 6% yüksəlsə, inflyasiya bir qədər yavaşlayar”, – deyə milyarder sözlərinə əlavə edib. 

Bildirək ki, FED rəsmiləri xəbərdarlıq edirlər ki, hazırda ABŞ-ın əmək bazarı çox güclüdür, bu isə yüksək yaşayış xərcləri deməkdir. Mərkəzi Bank inflyasiyanı yavaşlatmaq üçün onillik içində faiz dərəcələrini sürətlə artırmağa davam edir. Analitiklər isə xəbərdarlıq edirlər ki, əgər 2022-ci ildə olmasa, 2023 və 2024-cü illərdə ölkəni iqtisadi tənəzzül gözləyir.

2022-ci ilin iyulunda ABŞ-da işsizlik səviyəsi 3.5% olub, bu isə 1969-cu ildən bəri ən aşağı rəqəm idi. Avqustda isə işsizlik səviyyəsi 3.7%-ə yüksəlmişdi, bunun isə “sağlam səbəbləri” var idi. Belə ki, yüz minlərlə amerikalı aktiv şəkildə kənarda iş axtarmağa başlayıb. 

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.