Home » Mis qiymətləri 2013-cü ildən bəri ən yüksək həddə çatdı

Mis qiymətləri 2013-cü ildən bəri ən yüksək həddə çatdı

by Zeyneb
0 comments 1 views 1 minutes read

Qlobal bazarlarda mis qiymətləri Asiyada tələbin artması fonunda son 11 ilin rekordunu yeniləyib. Qiymətli metalın qiyməti 2,4% artaraq tonuna 11 400 dolları keçib.

Son həftələrdə bahalaşma ABŞ-də mümkün idxal rüsumlarından yayınmaq məqsədilə treyderlərin metalları böyük həcmdə həmin ölkəyə yönləndirməsi ilə bağlı spekulyasiyaların güclənməsi fonunda baş verib.

Bu il mis bazarı İndoneziya və Çili də daxil olmaqla bir sıra ölkələrdə mədənlərin fəaliyyətində yaranan gözlənilməz dayanmalara görə təchizat çətinlikləri ilə üzləşib. Çin metallurgiya və mədənçilik şirkətləri 2026-cı il üzrə təchizat müqavilələri ilə bağlı danışıqlar aparsalar da, mədən şirkətlərinin üstün mövqeyi prosesin uzanmasına səbəb olur.

Çinin misəritmə zavodları ilə Çili mədən şirkətləri arasında rüsumlarla bağlı danışıqlar da hazırda çıxılmaz vəziyyətdədir.

İnvestorlar həftə ərzində ABŞ-də məşğulluq, idxal qiymətləri və sənaye istehsalı ilə bağlı açıqlanacaq yeni makroiqtisadi göstəriciləri gözləyirlər.

London Metal Birjasının (LME) məlumatına görə, yerli vaxtla saat 10:03-də misin qiyməti 2,3% artaraq 11 400,50 dollar təşkil edib. Beləliklə, metalın illik artımı təxminən 30%-ə çatıb. Alüminium 0,9%, sink isə 0,8% bahalaşıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.