Home » “MJ Financial Services BOKT” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır

“MJ Financial Services BOKT” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır

by Zeyneb
0 comments 0 views 1 minutes read

24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MJ Financial Services BOKT” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

“MJ Financial Services BOKT” ASC-nin səhmlərinin abunə yazılışı 26 dekabr 2025-ci il tarixindən başlayaraq (1 iş günü) davam etmişdir.

Qeyd olunan səhmlərin yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmetintinə alınır.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “MJ Financial Services BOKT” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ1001023162
Səhmin növü və forması Adi, adlı, sənədsiz səhm
Ticarət üsulu / forması Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı 160 ədəd
İlkin ticarət qiyməti 30,001 manat
Buraxılış həcmi 4,800,160 manat
Hərrac qiyməti 30,001 manat
Reallaşdırılmış həcm 4,800,160 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 4,800,160 manat
İnvestor sayı 2
Sifariş sayı 2
Ticarətə buraxılma tarixi 29.12.2025
Anderrayter  “Troni İnvestisiya Şirkəti” QSC

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.