Home » “MJ Financial Services BOKT” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

“MJ Financial Services BOKT” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

1 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında  “MJ Financial Services BOKT” QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1,000 manat olan AZ2001023160 dövlət qeydiyyat nömrəli, 750,000.00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1000 manat (13.5%) qiymətindən 1 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 1000 manat (13.5%) müəyyən edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 13,5 %, faiz ödəniş dövrü isə hər 90 təqvim günündən bir təşkil edir.

            Sifarişlərin nominal qiymətlə ümumi məbləği 750,000.00 manat təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 750,000.00 manat təşkil etmişdir.

           Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.