Home » Mobil ödəniş tranzaksiyaları 870 milyard dolları ötəcək

Mobil ödəniş tranzaksiyaları 870 milyard dolları ötəcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Mobil ödənişlər günü-gündən istehlakçıların həyatını rahatlaşdırmaqla yanaşı, hər gün sayı artan mobil cüzdan tətbiqetmələri funksiyalarını genişləndirir. Mobil cüzdan tətbiqetmələrinin istifadəsi ABŞ ilə yanaşı, Avropa ölkələrində də kəskin artım göstərib. Belə ki, 2017-ci ildə 17.4 milyard dollar dəyərində olan Avropanın mobil cüzdan bazarı, 2018-ci ildə 45%-lik artıma məruz qalaraq 25 milyard dollara çatıb. 2019-cu ildə isə bu göstərici 35 milyard dolları ötüb. Beləliklə, üç ildə Avropanın mobil cüzdanlar sektorunda qeydə alınan 175%-lik artım mobil ödənişlərə tələbatın yüksək səviyyədə olmasının göstərgəsidir.

Yeni araşdırmalara əsasən isə, mobil ödənişlər bazarının gələcək perspektivlərində də müsbət tendensiya gözlənilir. Belə ki, hazırda 555 milyard dollar həcmində qiymətləndirilən qlobal ödənişlər bazarı 2026-cı ilədək 870 milyard dolları ötəcək. Bu isə, 60%-lik artım deməkdir.

Maraqlısı odur ki, növbəti 5 ildə mobil ödənişlər sektorunda proqnozlaşdırılan artımın böyük əksəriyyəti Afrika ölkələrinin payına düşür. Belə ki, M-PESA, Momo, Orange Money kimi Afrika şirkətlərinin sürətlə inkişaf etməsi ilə əlaqədar olaraq 2026-cı ildə İEOÖ ölkələrində mobil ödənişlər bazarının demək olarkı yarısı Afrika şirkətlərinin payına düşəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.