Home » Moldova nümayəndə heyəti DOST Agentliyindədir

Moldova nümayəndə heyəti DOST Agentliyindədir

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Moldova Respublikasının Sosial Sığorta üzrə Milli Kassanın direktoru Yelena Tibirnanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq istiqamətləri üzrə 2023-2024-cü illərdə görüləcək işləri əhatə edən Fəaliyyət Planı çərçivəsində həyata keçirilir.

Məqsəd DOST konsepsiyası, habelə sosial xidmətlərin vahid platformadan və avtomatlaşdırılmış qaydada göstərilməsi sahəsində ölkəmizin təcrübəsini öyrənmək, bu sahədə fikir mübadiləsi aparmaqdır.

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub. DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə nümayəndə heyətinə məlumat verilib. Qeyd edilib ki, DOST mərkəzlərində sosial sahələr üzrə 159 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.

Daha sonra nümayəndə heyətinin Agentliyin müxtəlif bölmə rəhbərləri ilə görüşləri keçirilib. Görüşlərdə əməkdaşlıq əlaqələri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Agentliyin bölmələrinin iş prinsipləri izah olunub.

13-18 noyabr tarixlərini əhatə edən səfər çərçivəsində Moldova nümayəndə heyəti heyətinin bir sıra görüş və tədbirlərdə iştirakı da nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanın “DOST” mərkəzləri modeli (konsepsiyası) Moldova Respublikasında tətbiq ediləcək. İndiyədək DOST Agentliyi ilə Moldovanın Sosial Sığorta üzrə Milli Kassası arasında təcrübə mübadiləsi çərçivəsində müxtəlif tədbirlər, səfərlər təşkil olunub, işçi qruplarının görüşləri keçirilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.