Home » Moldovanın əmək və sosial müdafiə naziri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Moldovanın əmək və sosial müdafiə naziri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzunun rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev qonaqları Mərkəzin fəaliyyəti ilə tanış edib.

Qonaqlara Azərbaycanda həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, əlilliyi olan şəxslərin sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi istiqamətlərində aparılan işlər barədə məlumat verilib

Bildirilib ki, 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə Bakıda açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan insanların, şəhid ailələri üzvlərinin, digər həssas qrupların yaradıcı potensialının inkişafına dəstək məqsədinə xidmət edir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu Mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarlara rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma, bədii oyma, floristika,  audio-səsyazma, fotoqrafiya, kulinariya, səhnə ifaçılığı, kapoeyra və s. fəaliyyət istiqamətləri üzrə təlimlər keçirilməklə onların bu sahələrdə bacarıqları inkişaf etdirilir.

Moldova nümayəndə heyəti Mərkəzdə yaradılan şəraitlə və aparılan təlim prosesi,   benefisiarların yaradıcılıq nümunələri ilə tanış olublar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.