Home » “MONEX”və “UPT Türkiyəyə komissiyanı sıfırlayıb

“MONEX”və “UPT Türkiyəyə komissiyanı sıfırlayıb

by bbnadm
0 comments 0 views 1 minutes read

“MONEX” və “UPT” pulköçürmə sistemləri fevralın 8-dən etibarən Türkiyədəki TL bank hesablarına köçürmələr üzrə komissiyaları sıfırlayıb.

“Muğanbank”dan BBN.az-a bildirilib ki, bu qərar qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qəbul edilib.

“Biz bu çətin zamanda qardaş Türkiyə xalqına və orada olan həmyerlilərimizə dəstəyimizi göstərmək istəyirik. Komissiya haqqını ləğv etməklə insanların Türkiyədə olan əzizlərinə və yaxınlarına ehtiyac vəsaitini göndərmələrini asanlaşdıracağımıza ümid edirik”,- deyə “Muğanbank”ın İdarə Heyətinin sədri Elnur Abbasov bildirib.

Qeyd edək ki, komissiyasız köçürmələr fevralın 15-dək qüvvədə olacaq.

“MONEX” və “UPT” haqqında ətraflı məlumat almaq üçün www.monexmt.az və www.upt.com.tr veb-saytlarına keçid edə bilərsiniz.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.