
Moody’s beynəlxalq reytinq agentliyi Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımının 2026–2027-ci illərdə 2,5–3 % səviyyəsində olacağını proqnozlaşdırır.
Bu barədə agentliyin Azərbaycanın bank sisteminin perspektivlərinə dair hesabatında bildirilib.
Qeyd olunub ki, bu göstərici 2025-ci il üçün gözlənilən 1,5 % və 2024-cü ildə qeydə alınmış 4,1 % artımla müqayisədə daha yüksəkdir.
Agentliyin qiymətləndirməsinə əsasən, iqtisadi artımın sürətlənməsi əsasən qeyri-neft sektorunun sabit inkişafı ilə bağlı olacaq. Bank əməliyyatlarının böyük hissəsi də məhz bu sektorun payına düşür.
Hesabatda vurğulanır ki, sözügedən tendensiya kreditləşmənin artımını stimullaşdıracaq, bank sektorunda aktivlərin keyfiyyətinin qorunmasına və rentabelliyin saxlanmasına dəstək verəcək.





