Home » ““Moody`s”- in hesabatında Azərbaycan iqtisadi dayanıqlı ölkələr sırasındadır

““Moody`s”- in hesabatında Azərbaycan iqtisadi dayanıqlı ölkələr sırasındadır

by bbnadm
0 rəy 0 baxış 4 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə şərh edir

 “Moody`s” beynəlxalq reytinq agentliyinin son hesabatında Azərbaycanda iqtisadi dayanıqlılıqla bağlı analizləri müsbətdir. Baxmayaraq ki, COVID-19 pandemiyasının əhatə dairəsinin genişlənməsi və bundan doğan səbəblər üzündən neft-qazın dünya bazar qiymətlərində son 3 ay ərzində müşahidə edilən mərhələli enişlər baş verdi, bu çərçivədə reytinq agentliyinin ölkəmizin xarici şoklara davamlılığının hazırki dövrdə təminatlı qiymətləndirməsi müsbət amildir. Maliyyə və makroiqtisadi çərçivənin cari dövrlər üçün qiymətləndirən agentlik xarici investorların sərmayə qərarvericiliyinə təsir göstərir, birbaşa və dolayı rol oynayır. “Moody`s” beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanda makroiqtisadi dayanılığın əsas qarantı kimi Azərbaycanın valyuta rezervlərini göstərir ki, bu da BVF (Beynəlxalq Valyuta Fondu) metodoloji təlimatına görə Neft Fondu və Mərkəzi Bankda yığılan ehtiyatlardır. Makroiqtisadi şoklar çərçivəsində yığılan və idarəolunan ehtiyatlar enerji qiymətlərinin enməsi fonunda məzənnə və fiskal siyasətin dayanıqlığının və sabitliyinin qorunması üçün yeganə zəmindir desək yanılmarıq. Bundan əlavə, neft-qaz gəlirləri hesabına formalaşan ehtiyatların dövlət borcunu üstələməsi və ödənməli borcların bağlanması, habelə büdcə defisitini kompensasiya etmə kimi rahatlıq, əminlik və inam formalaşdırması makroiqtisadi dayanıqlıq üçün əlavə zəmanət rolunu oynayır. 

COVİD-19 pandemiyasının birbaşa təsirləri nəticəsində dünya iqtisadiyyatında böyümə templərinin dayanması və ressesiyanın davam etməsi də iqtisadi canlandırmanı ləngidir. Dünya iqtisadiyyatında mənfi 5-10 arasında qiymətləndirilən kiçilmə Azərbaycanın iqtisadiyyatına öz təsirlərini göstərməkdə davam edir. Bu ilin yanvar-may aylarında ÜDM istehsalı (27 milyard 480 milyon manat) 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,7% azalıb. Məhsul buraxılışında azalma templərinə təsir göstərən  istehlakın düşməsi, daxili və xarici investisiyaların azalması və dayanması ilə bərabər xalis ixracın da azalmasıdır. Habelə, qeyd edilməlidir ki, ixracın azalması yalnız qlobal ticarətin diversifikasiyadan konsetrasiyaya doğru yönəlməsinə görə deyil, həmçinin, makroiqtisadi sabitliyin qorunması ilə xarici ticarət tərəfdaşlarımızla əməliyyatlarda  qiymət rəqabətinin zəifləməsidir. Başqa sözlə ifadə etsək, yerli və milli məhsullarımızın əsas xarici ticarət bazarında real bahalaşması, idxal əmtəələrinin isə ölkəmizdə real ucuzlaşması kimi vurğulana bilər. Təsadüfi deyil ki, Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında videokonfransda bu məsələlərə toxunulub. Xüsusilə, may ayında xarici ticarət balansında (neft ixracının iqtisadi azalması birbaşa təsiri nəticəsində) müşahidə olunan mənfi saldo da azalmanı şərtləndirən əsas amillərdən biridir.

Buna baxmayaraq, mövcud təhdidlər və çağırışlar  şəraitində “Moody`s” beynəlxalq reytinq agentliyinin dövlət rezervlərinin iqtisadi sabitliyin qarantı kimi vurğulaması, mövcud kiçilmələr fonunda risk zonasından orta müddətli dövrdə uzaqda qalmamız kimi şərh edilə bilər. “Moody`s” cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti 4,6 faiz azalması ilə bağlı açıqlaması da birbaşa enerji bazarındakı enişlərlə əlaqədardır. COVİD-19 pandemiyası ilə əlaqədar enerji qiymətlərinin, o cümlədən, qeyri-neft sahəsində əmtəə və xidmət ixracının azalması pandemiya davam etdiyi müddətdə aşağı rəqəmlərdə qalmasını şərtləndirəcək. Nəzərə alsaq ki, cari əməliyyatlar balansındakı profisit azalma birbaşa neft-qaz qiymətləri ilə əlaqədardır, bu baxımdan post-pandemiya dövründə qeyri-neft sənayesinin daha da böyüməsi üçün investisiya və biznes mühitinin də Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və hüquqi islahatlar daha da dərinləşəcəkdir. Xüsusilə, vurğulamaq yerinə düşər ki, Dünya Bankı ilə həyata keçirilən videokonfransda dövlət investisiya yönümlü modellərdən özəl investisiya yönümlü modelə keçidlə bağlı təklif irəli sürüldü. 2019-cu ilin sonuncu müşavirəsində Dövlət başçısı da hökumət qarşısında özəl invesitiya yönümlü modelə keçid ilə əlaqədar tapşırıq qoymuşdu. Bundan əlavə, mövcud iqtisadi təhdidlər şəraitində zamanında qəbul edilən, neft gəlirlərindən daxil olan xarici valyutaların rezerv şəklində toplanması və risksiz idarəedilməsi Dövlət tərəfindən aparılan siyasətin nəticəsidir. Hesabatda son olaraq, “Moody`s” beynəlxalq reytinq agentliyi tərəfindən 2021-ci ildə bu ölkələr arasında yalnız Azərbaycanın dövlət büdcəsində profisit yaranması ilə bağlı proqnozunu müsbət xəbər hesab etmək olar. 2020-ci ildə xüsusilə neft hasilatçıları və ixracatçıları ölkələrinin büdcələrinə yenidən baxılmanın həyata keçirilməsi (xüsusilə, fiskal stimul paketləri, pandemiya nəticəsində neft-qazın satışın əldə olunan gəlirlərin və transfertlərin azalması, həmçinin zəifləyən aktivlik nəticəsində vergi tətilləri və yığımın azalması) və optimallaşdırılması həyata keçirilir. Bu baxımdan mövcud dövrdə kəsrlərin olması gözlənilən proqnoz kimi qiymətləndirilir. Buna baxmayaraq, agentlik  2021-ci il üçün neft hasilatçıları və ixracatçıları ölkələri arasında müsbət profisit proqnozunu yalnız Azərbaycanla bağlı təqdim edib. Bunun təməlində fiskal idarəetmə və inzibatçılığın, dövlət büdcəsi xərclərinin idarə olunmasındakı yeni yanaşmaların həyata keçirilməsinə inam, etibar və etimaddır. Həmçinin qeyd etmək yerinə düşər ki, vergi və gömrük adminstrasiyasında aparılan şəffaflıq, səmərəlilik və düzgün idarəetmə siyasəti nəticəsində ilk beş ayın büdcə prosfisiti 1,1 milyard manat olub.  Xüsusilə, ortamüddətli xərclər çərçivəsinin hazırlanması və nəticəəsaslı büdcəyə keçid istiqamətində aparılan siyasətə və siyasi iradəyə beynəlxalq agentlik tərəfindən inam və etibar formalaşıb.   

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.