Home » “Moody’s”dən türk lirəsinin zəifləməsinin SOCAR-a təsirinə dair – AÇIQLAMA

“Moody’s”dən türk lirəsinin zəifləməsinin SOCAR-a təsirinə dair – AÇIQLAMA

by yunus
0 comments 1 views 1 minutes read

“Moody’s” reytinq agentliyi tərəfindən yayımlanan son hesabatda SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) kredit göstəricilərinin karbohidrogenlərin dünya bazarındakı qiymətlərindən əhəmiyyətli dərəcədə asılı olduğu qeyd olunur.

BBN.az xəbər edir ki, bu təsir, şirkətin birbaşa hasilat fəaliyyəti, Məhsulun Pay Bölgüsü Sazişlərində iştirakı və SOCAR-ın Türkiyədəki törəmə şirkətlərinin fəaliyyətindən qaynaqlanır.

Agentlik vurğulayır ki, SOCAR Türkiyə lirəsinin zəifləməsi riskinə məhdud dərəcədə məruz qalır. Bu, STAR Neftayırma Zavodu və Petkim-in məhsullarının satış qiymətlərinin ABŞ dollarına indeksləşməsi ilə izah olunur.

Hesabatda həmçinin Azərbaycanın milli valyutasının ABŞ dollarına faktiki olaraq 1,7 məzənnəsi ilə sabit bağlılığı qeyd olunur. Bildirilir ki, SOCAR-ın mənfəət göstəriciləri və borc nisbətləri, əsasən, qısamüddətli borclanma ilə maliyyələşdirilən ticarət əməliyyatlarının həcminə bağlıdır. Eyni zamanda, ölkə daxilində bəzi neft məhsullarına tətbiq edilən tənzimlənən qiymətlər şirkətin kredit göstəricilərinin dünya bazar qiymətlərindəki dəyişikliklərə həssaslığını qismən azaldır.

“Moody’s” qeyd edir ki, neftin yüksək qiymətləri şəraitində belə, SOCAR-ın kredit göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq imkanları məhduddur. Səbəb isə Azərbaycanın hasil etdiyi neftin böyük hissəsinin daxili bazara yönəldilməsi ilə bağlıdır. Belə ki, hasil olunan neftin əksər hissəsi Heydər Əliyev adına Neft Emalı Zavoduna göndərilir və burada istehsal olunan məhsullar əsasən daxili bazarda, müəyyən hallarda isə tənzimlənən tariflərlə satışa çıxarılır.

Zavodun illik emal gücü 6 milyon ton təşkil edir və burada əsasən dizel yanacağı və benzin istehsal olunur. Dizel yanacağının təqribən üçdə biri ixrac edilir, benzin isə əsasən daxili bazarda satışa yönəldilir.

Trend

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.