Home » “Moody’s” SOCAR-ın 2027-ci ilə qədər hasilat proqnozunu açıqlayıb

“Moody’s” SOCAR-ın 2027-ci ilə qədər hasilat proqnozunu açıqlayıb

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə orta gündəlik hasilatın qarşıdakı illərdə azalmağa davam edəcəyi gözlənilir.

BBN.az xəbər verir ki, “Moody’s”in proqnozlarına əsasən, 2025-ci ildə SOCAR-ın orta gündəlik hasilatı neft ekvivalentində 269 min barel (MBOE/d), 2026-cı ildə isə 264 min barel təşkil edəcək.

Məlumata görə, şirkətin hasilat göstəriciləri aşağıdakı kimi olub:

  • 2020-ci ildə — gündəlik 380 min barel;

  • 2021-ci ildə — gündəlik 365 min barel (2020-ci illə müqayisədə təxminən 4% azalma);

  • 2022-ci ildə — gündəlik 390 min barel (2021-ci illə müqayisədə təxminən 6,8% artım);

  • 2023-cü ildə — gündəlik 298 min barel (2022-ci illə müqayisədə təxminən 23,6% azalma);

  • 2024-cü ildə — gündəlik 275 min barel (2023-cü illə müqayisədə təxminən 7,7% azalma — mövcud qiymətləndirmələrə əsasən).

Əgər 2025-ci il üzrə proqnoz (269 min barel/gün) təsdiqlənərsə, bu, 2024-cü illə müqayisədə təxminən 2,2% azalma demək olacaq. 2026-cı ildə isə hasilatın daha 1,9% azalaraq 264 min barel/günə enəcəyi gözlənilir.

Ümumilikdə, 2020-ci ildəki gündəlik 380 min barel hasilatla müqayisədə, 2026-cı ildə gözlənilən 264 min barel göstəricisi təxminən 30,5% azalmaya işarə edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.