Home » “Moody`s” “Xalq Bank”ın reytinqini yenilədi

“Moody`s” “Xalq Bank”ın reytinqini yenilədi

by anar
0 comments 4 views 1 minutes read

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi “Xalq Bank” ASC-nin 2022-ci il üzrə fəaliyyətinin nəticələrini təhlil edərək, bankın reytinqlərini təsdiqləyib. Agentlik “Xalq Bank”ın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B1 səviyyəsində saxlayıb və həmin reytinq üzrə proqnozu “Stabil” olaraq qiymətləndirib. Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments) B2 səviyyəsində təsdiqlənib.

“Xalq Bank” “Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.

“Xalq Bank”ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin, müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.