
“Morgan Stanley” strateqləri ABŞ iqtisadiyyatında ləngimə əlamətlərinin artacağı və Federal Ehtiyat Sisteminin (FED) ardıcıl faiz endirimlərinə başlayacağı halda, Yaponiyanın valyutası yenin gələn aylarda dollara qarşı təxminən 10% möhkəmlənə biləcəyini proqnozlaşdırır.
Analitik qeyd ediblər ki, hazırda dollar/yen məzənnəsi “həqiqi dəyərindən xeyli uzaqlaşıb”.
BBN.az xəbər verir ki, ABŞ istiqrazlarının faizlərinin enməsi fonunda məzənnənin normallaşacağı və cütlüyün 2026-cı ilin birinci rübündə aşağı səviyyəyə geriləyəcəyi gözlənilir.
Yen üçün müsbət proqnoz verilməsinə baxmayaraq, valyuta son aylarda zəifləməkdədir. Yen bu rübdə dollar qarşısında 5,6% dəyər itirərək G-10 valyutaları arasında ən pis nəticəni göstərib.
Morgan Stanley-nin proqnozuna əsasən, dollar/yen məzənnəsi 2026-cı ilin ilk rübündə 140 səviyyəsinə qədər geriləyəcək, lakin ilin sonuna doğru 147-yə yenidən yüksələcək.







