Home » Müflis bankın aktivləri kreditorları arasında yeni növbəlilik qaydasında bölüşdürüləcək

Müflis bankın aktivləri kreditorları arasında yeni növbəlilik qaydasında bölüşdürüləcək

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Müflis elan edilmiş bankın aktivləri onun kreditorları arasında yeni növbəlilik qaydasında bölüşdürüləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 6-da keçirilən iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” Qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, bu halda dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər ödəniləcək.

Qanuna edilən dəyişiklik müflis bankın dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödəməli olduğu vergi və digər məcburi ödənişlərin heç bir müddət məhdudiyyəti tətbiq edilmədən tam məbləğdə ödənilməsini nəzərdə tutur.

AZƏRTAC

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.