![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Ukraynada müharibə 7-ci ayına keçir və bu gün müstəqilliyinin 31-ci ildönümünü qeyd edir.
Rusiyanın Ukraynaya qarşı müharibəsi çərşənbə günü 7-ci ayına keçir, Ukrayna işğalçıya qarşı mübarizə apararkən maliyyə problemləri və müharibəni davam etdirməklə bağlı çətin bir yerdə qalıb.
BBN.az DW Business-ə istinadən xəbər verir ki, sərbəst enişdə olan iqtisadiyyat səbəbindən vergi daxilolmaları kəskin azalıb, hərbi xərclər isə kəskin artıb, hökumət ayda 5 milyard dollar, yaxud 5.02 milyard avro büdcə kəsiri ilə üzləşib.
Nağd pul çatışmazlığının qarşısını almaq üçün ölkənin Mərkəzi Bankı faktiki olaraq pul çap edir. Son 6 ayda 7.7 milyard dollar dəyərində dövlət istiqrazları alıb. The Financial Times yazır ki, mətbəələr təkcə iyunda 3.6 milyard dollar dəyərində nağd pul yaradıb.
Müharibənin qeyri-müəyyən bir müddətə davam etməsi səbəbindən dolayı yüksək inflyasiya iqtisadiyyatı məhv edə bilər. Artıq Ukraynanın pul vahidi qrivnanın qiyməti 1/3-ə qədər ucuzlaşıb. İnflyasiya 20%-ə yüksəlib və ilin sonuna qədər 30%-ə çatacaq. Ölkədə işsizlik isə 35%-ə çatıb.
Bu ayın əvvəlində isə Londonda yerləşən İqtisadiyat və Siyasət Araşdırmaları Mərkəzi hesabatında Ukraynanı pul çapını dayandırmağa çağırıb. Bildirilib ki, bu Ukraynanı daha yüksək inflyasiyaya, valyuta, hətta bank böhranına apara bilər.
![](https://bbn.az/wp-content/uploads/2022/08/62891270_303.jpg)
Kaliforniya Unversitetinin iqtisadçısı Yuriy Gorodnichenko nəşrə açıqlamasında deyib ki, “müharibənin başlamasında pulun çap edilməsi başa düşüləndir, çünki ortada çoxlu xaos var, bu isə icazə verir ki, pulu daha tez artırasan”: “Lakin bu davamlı həll yolu deyil, əgər bunu davam etdirsəniz, qalan iqtisadiyyat da məhv olacaq”.
1992-ci ildə Sovet İttifaqının dağılmasından sonra ölkədə qiymətlər 2.000% artdı, ölkə dünyada ilk idi ki, konfliktin nəticəsi olmadan belə yüksək inflyasiya ilə mübarizə aparırdı. 2014-ci ildə isə Rusiyanın Krımı ələ keçirməsindən sonra inflyasiya 50% yüksəlmişdi.
The World Bank-dan isə xəbərdarlıq edirlər ki, 2023-cü ilin sonuna qədər Ukraynalıların 55%-i kasıblıq ilə mübarizə aparacaq. Konflikdən öncə isə bu rəqəm 2.5% olub.