Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Abdurrahman Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qarşılıqlı olaraq KOBİA və MÜSİAD-ın fəaliyyəti barədə məlumat verilib, MÜSİAD üzvlərinin 95%-nin KOB-lardan ibarət olduğu və Azəbaycan şirkətlərinin də bu təşkilatda təmsil olunduğu diqqətə çatdırılıb. Görüşdə tərəflər arasında əməkdaşlıq imkanlarına, birgə layihələrin və tədbirlərin reallaşdırılmasına, KOB-ların ixrac imkanlarının daha da artırılmasına dair fikir mübadiləsi aparılıb.