Mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən Mustafa Abbasbəyli nazirliyin Aparatının rəhbəri təyin olunub.
Qeyd edək ki, Abbasbəyli Mustafa Aslan oğlu 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.
1996 – 2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində, “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 2000 – 2001-ci illərdə isə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində “Türk dili”, 2001 – 2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində “Xüsusi hüquq” ixtisası üzrə magistr təhsili alıb.
2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Bundan əlavə, 2012 – 2016-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Elmlər doktoru proqramını bitirib.
Əlavə edək ki, yeni vəzifəsinə qədər Mustafa Abbasbəyli Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edib.