Home » “Müxbir münasibətlərin qurulmasında diqqət edilməli olan məqamlar” adlı vebinar keçirilmişdir

“Müxbir münasibətlərin qurulmasında diqqət edilməli olan məqamlar” adlı vebinar keçirilmişdir

by ulviyya
0 comment 11 views 1 minutes read

4 noyabr 2022-ci il tarixində İstanbul şəhərində “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılmışdır. Şura tərəfindən 30 may 2023-cü il tarixində Zoom platforması üzərindən “Müxbir münasibətlərin qurulmasında diqqət edilməli olan məqamlar” adı altında vebinar keçirilmişdir.

Vebinar zamanı maliyyə institutlarının nümunə kimi istifadə edə biləcəyi ən yaxşı beynəlxalq təcrübələr, müxbir hesablar vasitəsilə “müştərini tanı” sorğuları, sanksiya riskləri və digər məsələlər nəzərdən keçirilmişdir. Vebinarın təlimçisi isə “ING Türkiye” Maliyyə Cinayətləri ilə Mübarizə Direktoru, FATF İşçi Qrupunun sədri xanım Fulya Kaptan olmuşdur.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 5 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.