Home » Müəllim, şagird və tələbələr üçün “Virtual Təhsilə Dəstək” layihəsi istifadəyə verilib

Müəllim, şagird və tələbələr üçün “Virtual Təhsilə Dəstək” layihəsi istifadəyə verilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Unibank”ın da yaxından dəstəyi ilə yalnız müəllim, şagird və tələbələr üçün çox sərfəli bir layihəyə start verilib. Unibank KB , Inteqral QSC və Crocusoft MMC-nin birgə hazırladıqları “Virtual Təhsilə Dəstək” layihəsi çərçivəsində müəllim, şagird və tələbələr noutbuk, planşet və printerləri güzəştli nağd qiymətə və ya dəyərini çox sərfəli şərtlərlə 48 ayadək müddətdə hissə-hissə ödəməklə əldə edə bilərlər. “Unibank”ın Albalı Plus kredit kartı ilə ayda cəmi 20 AZN-dən başlayan ödənişlə noutbukları, 5 AZN-dən başlayaraq planşetləri, 3 AZN-dən başlayan ödənişlə isə printerləri əldə etmək mümkündür.

Yalnız müəllim, şagird və tələbələr üçün nəzərdə tutulan bu layihənin məqsədi, pandemiya şəraitində təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək üçün həyata keçirilən məsafədən tədris prosesinə hər kəsin qoşulması imkanını yaratmaqdır. Bəzi ailələrdə zəruri texnologiyaların olmaması səbəbindən, təhsilalanlar və təhsilverənlər məsafədən tədrisə qoşulmaqda çətinliklə üzləşirlər. Layihənin məqsədi ailələrə bu problemin həllində dəstək olmaqdır.

Bu layihədən faydalanmaq istəyənlər müraciətləri hardan və hansı formada etməyi bu videodan https://youtu.be/uJfwySarfG0 ətraflı öyrənə bilərlər.

Müraciətlə bağlı əlavə sual yaranarsa, eticaret@crocusoft.com elektron poçt ünvanına yazaraq cavab almaq mümkündür. Layihənin müəllifi olan Crocusoft MMC rəqəmsal həllər sahəsində olan təcrübəsinə güvənərək, elektron cihazlar bazarının və ölkə bank sektorunun aparıcılarını bir araya gətirib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.