Home » Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 mlrd. manata yaxın olub

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 mlrd. manata yaxın olub

by anar
0 comment 2 views 1 minutes read

2023-cü ilin yanvar-iyul ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard manata yaxın olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz və ya 375,6 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 15,6 faiz artaraq 1,9  milyard manat təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz artaraq 105,2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artıb və 76,6 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artaraq 536,2 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,5 faiz artıb və 372,3 milyon manat təşkil edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.