Home » Mərakeş Azərbaycanın kənd təsərrüfatına maraq göstərir

Mərakeş Azərbaycanın kənd təsərrüfatına maraq göstərir

by bbnadm
0 comments 0 views 2 minutes read

Mərakeş Krallığının Azərbaycandakı səfirliyi “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə aqrar sektorda çalışan sahibkarlarla görüş təşkil edib. Görüş zamanı iki ölkə arasında ixrac imkanlarının artırılması və aqrar sahədə mümkün əməkdaşlığın perspektivləri barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən səfir Adil Embarş Mərakeş ilə əməkdaşlığın faydalarından və digər ölkələrlə qarşılıqlı iqtisadi əlaqələrindən bəhs edib. Mərakeşin dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edən səfir Avropa İttifaqı, ABŞ, Türkiyə və ərəb ölkələri ilə sərbəst ticarət sazişinin imzalandığını xatırladıb.

O bildirib ki, Mərakeş Afrikada qitəsinə investisiya edən ilk ölkədir. Bununla yanaşı, səfir dünya üzrə 186 liman və 77 ölkə ilə əməkdaşlıq edən Tanger Med limanının əhəmiyyətindən və əməkdaşlıq imkanlarından danışıb.

Görüş zamanı cari ilin 14-19 aprel tarixlərində Mərakeşdə baş tutacaq 15-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (SIAM) barədə də məlumat verilib. 2006-cı ildə Kral VI Məhəmmədin təşəbbüsü ilə keçirilən bu sərgi Afrikanın ən geniş sərgisidir. Bu baxımdan, sərginin azərbaycanın aqrar istehsalçılar üçün önəmi vurğulanıb və bildirilib ki, SIAM yerli istehsalçılara yeni bazarlara çıxmaq və dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq etməyə imkan yaradır.

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü Sərxan Sərxanov isə öz növbəsində ASC-nin fəaliyyət istiqamətləri barədə məlumat verib, sərgidə iştirak etmək istəyən yerli aqrar istehsalçılarına iştirak ilə bağlı hərtərəfli köməklik etməkdə hazır olduqlarını vurğulayıb.

Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2018-ci il tarixli sərəncamı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin bazasında yaradılıb. Cəmiyyətin əsas məqsədi dövlət satınalan təşkilatların sifarişi əsasında ərzaq və kənd təsərrüfatı məhsullarının tədarük və təchizatını həyata keçirmək, kənd təsərrüfatı məhsullarının istehsalını və yaxud emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq və s.-dən ibarətdir.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.