Home » Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib

Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Mərkəzi Bankı (AMB) beş bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib.

BBN.az AMB-yə istinadən xəbər verir ki, cərimə edilən təşkilatlar arasında “Caspian Finance BOKT” MMC, “Finca Azerbaijan”, “FinEx Kredit”, “Kəpəz” BOKT MMC və “TCF” BOKT ASC yer alır.

Bildirilir ki, bu təşkilatlarda “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsi və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələbləri pozulub.

İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq, “Caspian Finance BOKT” MMC, “Finca Azerbaijan” və “FinEx Kredit”in hər birində bir vəzifəli şəxs 1 500 manat, “Kəpəz” BOKT MMC və “TCF” BOKT ASC-nin bir vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimə olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.