Home » Mərkəzi Bank: “Antiinflyasiya tədbirləri də inflyasiyanın azalmasına təsir göstərib”

Mərkəzi Bank: “Antiinflyasiya tədbirləri də inflyasiyanın azalmasına təsir göstərib”

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

“İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalmışdır. 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6% təşkil etmişdir. Artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində formalaşır. Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma davam edir. Noyabrda deflyasiya müşahidə olunmuş, dövrə qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2% azalmışdır”.

BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrləri haqda açıqladığı məlumatda qeyd edilib.

“İllik inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalmışdır. Xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş vermişdir. Qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını azaltmışdır.

Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi noyabrda illik əsasda 18.3%, o cümlədən enerji qiymətləri üzrə 23.9%, qeyri-enerji qiymətləri üzrə 4.6% enmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi noyabrda illik əsasda 10.7% azalmışdır. Valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsinin 2023-cü ilin 11 ayında 19.5% möhkəmlənməsi idxal inflyasiyasının azalmasında mühüm rol oynamışdır.

Bu dövrdə daxili amillərdən qida emalı sənayesi məhsullarının istehsalçı qiymətləri azalmış (noyabrda illik 2.5% azalma), kənd təsərrüfatı istehsalçı qiymətlərinin artım tempi (noyabrda illik 4.1% artım) aşağı düşmüşdür. Bu amillər müəyyən zaman intervalında inflyasiyaya azaldıcı təsir göstərir.

Hökumət və Mərkəzi Bank tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri də inflyasiyanın azalmasına təsir göstərmişdir”, – deyə tənzimləyici tərəfindən qeyd edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.