Home » Mərkəzi Bank Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü ödənilən ianələrin köçürülməsi alətlərini və imkanlarını genişləndirdi

Mərkəzi Bank Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü ödənilən ianələrin köçürülməsi alətlərini və imkanlarını genişləndirdi

by bbnadm
0 comments 1 views 1 minutes read

Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu”na ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılmışdır.


İctimaiyyətin diqqətinə çatdırırıq ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/sqyf) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.


Məlumat üçün bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (https://mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/) yerləşdirilmişdir.

Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri

Bankın adı:Azərbaycan Respublikası Beynəlxalq Bankı Binəqədi filialı
Bankın ünvanı:Azərbaycan Respublikası, Bakı şəhəri Z.Bünyadov 30/12 bina 5A
Bankın telefonları:(012) 562 99 41, (012) 562 93 37
Kod:805584
VÖEN:9900001881
Müxbir hesab:AZ03NABZ01350100000000002944
S.W.İ.F.T Cod:IBAZAZ 2X
Benefisiarın adı:S.Q.Y.F MN
VÖEN:1300162621
Hesablaşma hesabları: 
AZNAZ98IBAZ38040019449930010202
ABŞ DOLLARIAZ88IBAZ38140018409930010202
AVROAZ68IBAZ38140019789930010202
RUSİYA RUBLUAZ08IBAZ38140018109930010202

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.