Home » Mərkəzi Bank bank sektorunun nümayəndələri ilə birlikdə beynəlxalq “ISO20022 HACKATHON” tədbirində iştirak edir

Mərkəzi Bank bank sektorunun nümayəndələri ilə birlikdə beynəlxalq “ISO20022 HACKATHON” tədbirində iştirak edir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Yeni rəqəmsal texnologiyaların tətbiqinin genişləndiyi son illərdə dünyanın aparıcı ölkələrinin maliyyə və ödəniş sistemlərində ISO20022 standartına keçid qlobal miqyasda bir trendə çevrilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli, 508 saylı Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn prioritetlərin icrası çərçivəsində istifadəçidən istifadəçiyə əməliyyat proseslərini avtomatlaşdırmağa imkan verən maliyyə sisteminin universal mübadilə standartlarının (ISO20022) tətbiqinə başlanılmışdır. Bu istiqamətdə aparılan işlərin effektivliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Azərbaycan Respublikasının Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiq edilməsi üzrə Tədbirlər Planı” təsdiq olunmuş və Milli Ödəniş Sistemi iştirakçılarının daxili informasiya sistemlərində, elektron bankçılıq və korporativ müştərilər ilə ödəniş xidmətlərində ISO20022 standartının tələblərinə uyğunlaşdırılması üzrə təşkilati və texniki tətbiq işlərinə start verilmişdir.

Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiqi ilə yanaşı Mərkəzi Bank xarici ölkələrdə də icra olunan anoloji layihələri və tədbirləri xüsusi diqqət mərkəzində saxlayır. Bu tədbirlərdən biri də Beynəlxalq Hesablaşmalar Bankının “BIS Innovation Hub” bölməsinin və SWIFT-in təşkilatçılığı ilə 12-19 mart 2021-ci il tarixlərində dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın nümayəndənin iştirakı ilə keçiriləcək “ISO20022 hackathon” tədbiridir.

Tədbirin ilk günü keçiriləcək seminarlarda SWIFT-in ISO20022 üzrə mütəxəssisləri tərəfindən korporativ və fiziki şəxslər arasında aparılan ödənişlərdə ISO20022 standartının tətbiq edilməsinin üstünlükləri və tələbləri barədə geniş məlumat veriləcək, eyni zamanda, tətbiqi proqramlaşdırma interfeyslərinin (API) tətbiqi üzrə ən yaxşı təcrübələr haqda təqdimatlar keçiriləcəkdir.

Tədbirdə iştirakçı komandalar ISO20022 standartına uyğun olaraq tərtib edilmiş ödəniş mesajlarından və API-dən istifadə edərək ölkələrarası ödəniş həlləri hazırlayacaqlar. Bu tədbirdə Azərbaycan Mərkəzi Bankının və ölkənin bank sektorunun ödəniş sistemləri və informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislərindən ibarət 6 komanda iştirak edir. ISO20022 standartı üzrə komandalararası qlobal yarış 13-19 mart 2021-ci il tarixlərində baş tutacaq və yarışa hakimlik nüfuzlu qurumların (Federal Reserve Bank, Payments Canada, Bank of England, European Central Bank, DBS, SWIFT və digər) nümayəndələri tərəfindən ediləcəkdir.

Bu kimi beynəlxalq tədbirlərdə iştirak qabaqcıl təcrübənin öyrənilməsinə, həmçinin Milli Ödəniş Sistemi iştirakçıları tərəfindən ISO20022 standartına keçid prosesində daha innovativ həllərin hazırlanmasına və tətbiqinə öz töhfəsini verəcəkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.