“Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb”.
BBN.az xəbər verir ki, bu haqda AMB-nin bu gün açıqladığı faiz dəhlizinin parametrləri haqda qərarında qeyd edilib.
AMB-dən qeyd edilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
“Bu qərar 1 avqust 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il sentyabr ayının 18-də açıqlanacaq”, – deyə əlavə edilib.
Xatırladaq ki, AMB-nin İdarə Heyəti iyunun 21-də sonuncu qərarında uçot dərəcəsini 7.25%, faiz dəhlizinin aşağı həddini 6.25%, faiz dəhlizinin yuxarı həddini isə 8.25% səviyyəsində sabit saxlayıb.