Home » Mərkəzi Bank interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı hədlərini təsdiqləyib

Mərkəzi Bank interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı hədlərini təsdiqləyib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda ödəniş sistemləri iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı hədləri təsdiqlənib.

BBN.az xəbər verir ki, bu barədə qərarı Taleh KazımovMərkəzi Bank-ın sədri imzalayıb.

Qərara əsasən, ölkə daxilində ödəniş kartları ilə müəyyən MCC kodları üzrə aparılan əməliyyatlar üçün interçeyncin maksimal səviyyələri müəyyən edilib.

Belə ki, aptek və ərzaq mağazaları (supermarketlər) kateqoriyası üzrə əməliyyatlarda interçeyncin yuxarı həddi ödəniş məbləğinin 1,25%-i, yanacaq (petrol) kateqoriyası üzrə 0,75%-i, ümumi (general) kateqoriya üzrə isə 1,5%-i səviyyəsində təsdiqlənib.

Qərarda qeyd olunub ki, göstərilən kateqoriyalara daxil olmayan digər MCC kodları üzrə ölkə daxilində kartla aparılan ödənişlər üçün interçeyncin yuxarı həddi müəyyən edilmir.

Sənədə əsasən, yeni tariflər 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək və bundan sonra müvafiq qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə təqdim olunacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.