Home » Mərkəzi Bank “Mpay” MMC-ni və vəzifəli şəxsi cərimələdi

Mərkəzi Bank “Mpay” MMC-ni və vəzifəli şəxsi cərimələdi

by yunus
0 comments 2 views 1 minutes read

“Mpay” MMC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunub.

BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən 03 fevral – 30 aprel 2025-ci il tarixlərində “Mpay” MMC-də aparılmış yerində yoxlamalar zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin bir sıra tələblərinin pozulduğu aşkarlanıb.

Müəyyən edilən pozuntulara görə “Mpay” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələri əsasında hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunub. Eyni zamanda, təşkilatın vəzifəli şəxsi barəsində də 10 000 manat məbləğində inzibati cərimə tətbiq edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.