Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən üç kommersiya bankının vəzifəli şəxsi barəsində inzibati tədbir tətbiq edib.
BBBN.az AMB-yə istinadən xəbər verir ki, 2025-ci ilin sentyabr ayında “Unibank” KB ASC tərəfindən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi qaydalarının tələbləri pozulub. “Banklar haqqında” Qanunun 47-ci maddəsi rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən bankın vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilib.
Eyni əsasla “Yelo Bank” ASC-nin vəzifəli şəxsi 1 500 manat, “Turanbank” ASC-nin vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimələnib.
Tənzimləyici qurumdan bildirilib ki, hesabatlıq forması üzrə yol verilmiş pozuntular bankların maliyyə dayanıqlılığına təhdid yaratmır.





