
Son günlər sosial mediada və bəzi saytlarda “Yeni 3 manat nominallı kağız pul nişanı tədavülə buraxılacaq” xəbərləri yayılıb. Lakin bu məlumatlar həqiqəti əks etdirmir.
Vətəndaşlar belə xəbərlərlə bağlı yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial media hesablarına istinad etməlidirlər.
Hazırda tədavüldə olan milli pul nişanları aşağıdakı kimidir:
-
Kağız pul nişanları: 1, 5, 10, 20, 50, 100 və 200 manat
-
Metal pul nişanları: 1, 3, 5, 10, 20 və 50 qəpik
Ətraflı məlumatı Mərkəzi Bankın rəsmi saytından əldə etmək mümkündür: https://www.cbar.az/page-28/currency-in-circulation
Mərkəzi Bank vurğulayır ki, yeni pul nişanlarının tədavülə buraxılması hallarında ictimaiyyət mütləq öncədən rəsmi kanallar vasitəsilə məlumatlandırılır.




