31 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2094024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9783.1404 (9.5 %) manat və 9821.7033 (7.78%) manat olan 17 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği
36,140,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9803.7293 (8.58%) manat, orta ölçülmüş qiyməti isə 9812.7443 (8.18%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 23.08.2023-cü ildir.