Home » Mərkəzi Bankın sədri: Azərbaycanda bəzi kreditlərin faizinin artması məcburi ehtiyat normalarının artırılması ilə bağlı deyil

Mərkəzi Bankın sədri: Azərbaycanda bəzi kreditlərin faizinin artması məcburi ehtiyat normalarının artırılması ilə bağlı deyil

by anar
0 comment 14 views 1 minutes read

Azərbaycanda bəzi kreditlərin faizinin artması məcburi ehtiyat normalarının artırılması ilə bağlı deyil.

BBN.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov iyulun 31-də keçirdiyi mətbuat konfransında bildirib.

“Biz məcburi ehtiyat normalarının faizlərə təsirini görmürük. Bunun əsas səbəbi profisitli büdcə fonunda hökumət hesablarında likvidliyin artmasıdır. Bu da likvidliyə azaldıcı təsir edib. Bu səbəbdən biz sterilizaiya əməliyyatlarımızın həcmini azaltmışıq ki, bazar tarazlaşsın. Növbəti aylarda da məcburi ehtiyat normalarının faiz dərəcələrinə təsirini gözləmirik. Əksinə, düşünürük ki, büdcə xərcləri icra edildikcə 3-4-cü rübdə likvidlik artacaq. Ehtimal var ki, yenidən sterilizasiya əməliyyatlarının həcmini artıraq”, – deyə o qeyd edib.

“Yeni, həm fiziki, həm də hüquqi şəxslər daxil olmaqla verilmiş kreditlər üzrə orta faiz  2023-cü ilin dekabrında 15,3 % olmuşdursa, bu ilin iyun ayında 15 % olub”, – deyə Kazımov əlavə edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.