Mərkəzi Bankın sədri Taleh Kazımov iyunun 5-də Dünya Bankının (DB) nümayəndə heyətilə görüş keçirmişdir. Görüş zamanı DB-nin Cənubi Qafqaz üzrə regional direktoru cənab Sebastian Molineus onun yerinə yeni təyin olunmuş xanım Rolande Praysı və Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri xanım Stefani Stolmeysteri təqdim etdi.
BBN.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, görüşdə DB-nin Azərbaycandakı mövcud fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda DB və Mərkəzi Bank arasında cari əməkdaşlıq, texniki yardım layihələrinin icra vəziyyəti və gələcək dövr üçün yeni texniki yardım istiqamətləri ilə bağlı məsələlər müzakirə edilmişdir.