0

1 mart 2026-cı il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 614.1 milyon ABŞ dolları təşkil edib.
BBN.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankın valyuta ehtiyatları illik müqayisədə 5,7% artıb.
2025-ci ilin eyni dövründə bu göstərici 10 milyard 991.8 milyon dollara bərabər olub.
Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 1 ay əvvəllə müqayisədə isə 0.4% artıb.





