Home » “Məşğulluğa dəstək layihəsi” çərçivəsində Şirvan şəhərində ictimai dinləmə keçirilib

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində Şirvan şəhərində ictimai dinləmə keçirilib

by anar
0 rəy 1 baxış 0 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək layihəsi” çərçivəsində Şirvan şəhərində ictimai dinləmə keçirilib.

Tədbir layihə barədə məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları layihəyə cəlb etmək məqsədi daşıyıb.

İşaxtaran və işsiz şəxslərin iştirak etdiyi tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumat verilib.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən işsiz və işaxtaran şəxslərə bununla bağlı müvafiq tövsiyələr verilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.