Home » “Məşğulluğa Dəstək Layihəsi” üzrə daha 250-dək işsiz şəxs üçün kiçik bizneslər qurulub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə daha 250-dək işsiz şəxs üçün kiçik bizneslər qurulub

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində iştirakçıların seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təminatı intensiv şəkildə davam edir.
Layihə çərçivəsində ölkəmizin müxtəlif bölgələrində daha 250-dək işsiz şəxsə biznes planlarına uyğun aktivlər təqdim olunub.

Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlim sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını uğurla müdafiə edən şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə avadanlıqlar verilir.

Layihənin məqsədi işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, əlilliyi olan şəxslər, keçmiş məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq üzrə kiçik biznesə və layiqli məşğulluğuna çıxışına şərait yaradılmasıdır.

Ümumilikdə, 2025-ci ilə qədər davam edəcək layihə çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.