Home » “Məşğulluğa Dəstək Layihəsi”nin aktiv biznes fəaliyyəti ilə seçilən iştirakçılarına əlavə avadanlıqlar verilib

“Məşğulluğa Dəstək Layihəsi”nin aktiv biznes fəaliyyəti ilə seçilən iştirakçılarına əlavə avadanlıqlar verilib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Məqsəd onların bizneslərini genişləndirmələrinə dəstək göstərməkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə keçirilmiş “Həvəsləndirmə  Mükafatları” müsabiqəsi yekunlaşıb.

Müsabiqənin qalibi olan 10 benefisiara layihə üzrə qurduqları kiçik bizneslərini genişləndirmək üçün əlavə avadanlıqlar təqdim edilib.

İştirakçılara biznes planlarının hazırlanmasında KOBİA tərəfindən yaxından dəstək göstərilib.

Müsabiqə Layihənin iştirakçısı olan, aktiv biznes fəaliyyəti ilə seçilən, vergi və digər müvafiq ödənişləri ödəyən şəxslərin seçilərək onlara bizneslərini genişləndirmək üçün əlavə dəstək göstərilməsi məqsədi daşıyır.

“Məşğulluğa Dəstək Layihəsi”ndə bir ildən çoxdur ki, biznesini qurmuş benefisiarları   müsabiqədə iştirak edə bilər. Belə müsabiqələrin bütün ölkə boyu keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.