Home » “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 2883 işsiz şəxs cəlb edilib

“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 2883 işsiz şəxs cəlb edilib

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 2883 işsiz şəxs cəlb edilib.

Beləliklə, layihəyə cəlb olunanların sayı 9457-ə çatıb.

Layihənin məqsədi işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin – əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və s.  özünüməşğulluq üzrə kiçik bizneslərinin yaradılmasıdır.

Layihə çərçivəsində ümumilikdə bu kateqoriyadan olan 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi hədəflənib.

Qeyd edək ki, layihənin iştirakçıları üçün əvvəlcə təlimlər təşkil olunur. Təlimlərin sonunda keçirilən qiymətləndirmədə biznes planlarını müdafiə edən şəxslər istehsal və xidmət sahələri üzrə təsərrüfatlarını yaratmaları üçün avadanlıqlarla təmin olunurlar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.