Home » Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə yeni sədr seçilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə yeni sədr seçilib

by bbnadm
0 comment 13 views 1 minutes read

Martın 7-də Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin VI Plenumu keçirilib.

Plenumun gündəliyinə təşkilati məsələ daxil edilib.

Keçirilən səsvermənin nəticələri əsasında Müşfiq Əmirov Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Rəşad Səfərov isə sədrin müavini seçilib.

İclasda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev yeni rəhbərliyə gələcək işlərində uğurlar arzulayıb, bir sıra tövsiyələr verib, o cümlədən sahə həmkarlar ittifaqlarında mövcud olan nöqsanların aradan qaldırılmasını tapşırıb.

Bildirib ki, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində səylər artırılmalıdır.

Səttar Möhbalıyev həmçinin imzalanan kollektiv müqavilənin şərtlərinə əməl edilməsini, buna nəzarətin həyata keçirilməsini və mütamadi olaraq müzakirələrin aparılmasını, eləcə də yığılan üzvlük haqqından təyinatı üzrə düzgün istifadəni diqqətə çatdırıb.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.