Home » “Nar” abunəçiləri parkinq xidmətinin haqqını SMS ilə ödəyə biləcəklər

“Nar” abunəçiləri parkinq xidmətinin haqqını SMS ilə ödəyə biləcəklər

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İndi “Nar” abunəçiləri heç bir parkinq ödəmə cihazından istifadə etmədən, sadəcə SMS ilə parklanma üçün nəzərdə tutulmuş ərazilərdə avtomobillərini mimimum 30 qəpikdən başlayan ödənişlə park edə bilər.

Parkinq üçün uyğun yer tapdıqdan sonra xidmətdən istifadəyə başlamaq çox sədədir. Ardıcıllığa əməl etməklə, avtomobilin qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsini və parklanma yerini (Məsələn: 10XX000 – 10001 – 1) yazıb 1181 qısa nömrəsinə SMS göndərərək parkinq zamanını başladırsınız. Parkinqdən çıxarkən isə “SON” yazıb 1181 qısa nömrəsinə SMS göndərmək lazımdır. Bu zaman parkinqdən istifadə müddətiniz hesablanacaq və ödəniş məbləği “Nar”ın öncədən ödənişli tarifində olan abunəçilərin balansından avtomatik çıxılacaq. Korporativ müştərilər isə AzParking tətbiqi üzərindən müxtəlif üsullarla ödənişi həyata keçirə bilərlər . Ətraflı məlumat üçün nar.az/parkinq səhifəsinə daxil ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.