Naxçıvan Muxtar Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin 7 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə büdcəyə 90,7 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 38% və ya 25 milyon manat çoxdur. Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,4% və ya 28,1 milyon manat artıb.
Cari ilin iyul ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 49,1% və ya 4,9 milyon manat artım qeydə alınıb.