Home » Naxçıvan sahibkarları ötən il 13 milyon manatdan çox güzəştli kredit alıb

Naxçıvan sahibkarları ötən il 13 milyon manatdan çox güzəştli kredit alıb

by yunus
0 comments 1 views 1 minutes read

2025-ci ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 163 investisiya layihəsinin maliyyələşdirilməsinə 13,4 milyon manat güzəştli kredit ayırıb.

BBN.az xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2024-cü illə müqayisədə güzəştli kreditlərin məbləği isə 3,1 dəfə artıb.

Bu dəstək nəticəsində 373 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ötən il verilmiş kreditlərin ümumi məbləğinin 67,5 %-i sənayenin, 21,1 %-i kənd təsərrüfatının, 11,4 %-i isə xidmət sahələrin payına düşüb. Maliyyələşdirilmiş layihələrin 92 %-i regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

Bu il yanvarın 1-nə Fondun kredit portfeli 50,3 milyon manat təşkil edib. 2025-ci ildə verilmiş güzəştli kreditlər üzrə 10,2 milyon manat vəsaitin geri qaytarılması təmin olunub ki, bunun da 2,4 milyon manatı problemli kreditlər üzrə olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.