Home » Naxçıvanda 20-dən çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib

Naxçıvanda 20-dən çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib

by anar
0 comments 0 views 1 minutes read

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhərində əmək yarmarkası təşkil olunub.

Yarmarkanın açılışı zamanı Agentliyin İdarə Heyətinin sədri Rasim Piriyev işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsində əmək yarmarkalarının əhəmiyyətini vurğulayıb.

Bu aktiv məşğulluq tədbirlərininin gənclərlə yanaşı, ixtisas və ya peşəsi olmayan əmək qabiliyyətli şəxslərin də məşğulluğunun təmin olunmasında önəmli rol oynadığını bildirib.

Tədbirdə 20-dən çox müəssisə tərəfindən ümumilikdə 140-dan artıq vakansiya işsiz və işaxtaran vətəndaşlara təqdim olunub. Vakansiyalar üzrə müraciət edən şəxslərin CV-ləri toplanaraq nəzərdən keçirilib və onların işlə təmin olunması istiqamətində tədbirlər görülməyə başlanıb.

Bundan əlavə, tədbir zamanı işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları haqqında ətraflı məlumat verilib, həmçinin ilkin sorğular aparılaraq onların işlə təminatla bağlı ehtiyacları öyrənilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.